A2b62b3106124c3d85a86b9ae1120866.1000x1000x1
21 views

Sən Ya Mən lyrics

Lyrics Genre

Released to

June 13, 2024

Sən Ya Mən

Bənd 1
Bəlkə də, dərdin sonu bu
Boş verib, istədim, hər şeyi unudum
Qəlbimi daş kimi qurudub
Kim dedi mənə, sirdaş kimi onu tut?

Üstümə eşq yenə yoluxub
Onu gözlərimdə yaş kimi qorudum
Suya düşmüş xəyallarımı sərmiş indi
Quruyarmış kimi qurudur

Gedə bilsəm kaş səni unudub
Sevir o yağışda, Günəş necə qurudub
Ürəyə yaş kimi vurulub
Qəlb sərxoş, çaşbaş, necə yorulub

Səni yanlış tanıdım niyə?
Qəlb unudarmış, yandım niyə?
Gözlərim yaş yenə doluxub
Unudarmı, görən, eşqimə yoluxub?

Nəqərat
Ya sən, ya mən
İkimizdən bir getsin, biri qalsın, nolar
Ya sən, ya mən
Birimiz unudaq, biri alışıb-yansın, nolar

Yazanda mən cavab vermə
Gözümə görünüb əzab vermə
Ya sən, ya mən
Öldürüb özümü asam ya mən, bizdən biri

Ya sən, ya mən
İkimizdən bir getsin, biri qalsın, nolar
Ya sən, ya mən
Birimiz unudaq, biri alışıb-yansın, nolar

Yazanda mən cavab vermə
Gözümə görünüb əzab vermə
Ya sən, ya mən
Öldürüb özümü asımmı mən?

Bənd 2
Elə get ki, qayıda biləsən
Geri dönəcəksən qarış-qarış
Elə gedib, elə gələsən
Üzün olsun köhnə tanış

Bir ömür elə sevəsən
Ürəyin utansın unutmağa
Bu sevgini mən ucaltmışam
Mənlə bir az asta danış

Bir ürək neçə dənəsən?
Bacara bilərəmmi, səncə, düşün?
Yadıma düşüb gecə dönəsən
Hər saniyəyə bir işgəncə düşür

Yuxuna gəlim, məni görəsən
Al yalnızlığımızın ilk öpüşü
Kimə güvənib kimi sevəsən?
Sualım asan, cavabım asan, sən

Keçid
Ya sən, ya mən
İkimizdən bir getsin, biri qalsın, nolar
Ya sən, ya mən
Birimiz unudaq, biri alışıb-yansın, nolar

Yazanda mən cavab vermə
Gözümə görünüb əzab vermə
Ya sən, ya mən
Öldürüb özümü asam ya mən, bizdən biri

Nəqərat
Ya sən, ya mən
İkimizdən bir getsin, biri qalsın, nolar
Ya sən, ya mən
Birimiz unudaq, biri alışıb-yansın, nolar

Yazanda mən cavab vermə
Gözümə görünüb əzab vermə
Ya sən, ya mən
Öldürüb özümü asımmı mən?

Videoclip
Video about Miro [AZ] – Sən Ya Mən

Some videos may be incorrect, apologies if this is the case, we are improving so that this does not happen in the future.

Play on
Leave a comment
You have a maximum of 250 characters
0 Comments

No comments, you can be the first

Best Genres
Lastest Lyrics Added
Random Artists
Best Lyrics

Many companies use our lyrics and we improve the music industry on the internet just to bring you your favorite music, daily we add many, stay and enjoy.